salamlar sizleri xos gorduk WwW.Yaz-Yagmuru.moy.su saytindawww.yaz-yagmuru.moy.su
 
WwW.Yaz-YaGmuru.moy.su  lanet olsun benim içimdeki Yaz-yağmuru.moy.su sevgisine
                                                                                                                   Salam Qonaq |niki Siz bu qrupa aidsiniz "Гости"SalamQonaq
Ana sehife » 2009 » Dekabr » 23 » Ata-ananin övladina ad seçmesi
Ata-ananin övladina ad seçmesi
16:55

Ata-ananin 246;vladina ad se231;m601;si



Övlad tərbiyə etmək,onun qayğısına qalmaq ciddi məsuliyyət,böyük səbr və dözüm tələb etsə də,ailə qurmuş hər bir kəs Allahın bu şirin nemətinə sahib olub,o gözəl duyğuları yaşamaq arzusundadır.Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki,insanlar xaraktercə fərqli olsalar da,valideyn olduqdan sonra onların xasiyyətlərində bir çox oxşarlıqlara rast gəlmək mümkündür.Bu müqəddəs vəzifəyə sahib olmaq üçün göz yaşı töküb,gecəsini-gündüzünü dualarla keçirən şəxslərdən fərqli olaraq,əfsuslar olsun ki,bu gözəl duyğuların dəyərini dərindən dərk etməyib,körpəsini elə bətnindəcə məhv edənlər də az deyil.Psixoloqların dediyinə görə,abort zamanı körpələr böyük gərginlik hissi keçirir,hətta məhv olmamaq üçün ana bətnində bir güncə çəkilirlər.Nədir onların günahı?O balaca mələklər deyilmi,qədəmləri ilə ailəsinə bir dünya sevinc,təravət,yeni bir xoşbəxtlik,sevgi,nur,uğur və ruzi-bərəkət gətirirən?Bəzən dağılmaqda olan bir ailəni körpə qığıltısı xilas edir.Onların məsum baxışları anlaşa bilməyən ər-arvad arasında yeni bir məhəbbət yaradır.Gülüşləri ilə valideynlərinə yaşam gücü verir,onları cavanlaşdırır.
Sizcə,bətnindəcə körpəsinə həyacan yaşadan bir şəxsə ?Ana? deməyin özü günah deyilmi?Belə bir deyim var:?Hər qadın övlad dünyaya gətirə bilər,lakin hər qadın ANA ola bilməz?.Ana olmaq üçün o acılı-şirinli anları yaşamaq,yuxusuz,səksəkəli gecələr keçirmək,övladı üçün min bir əzab-əziyyətə sinə gərmək şərtdir.Dünyada ən bağışlanmaz günah və ən böyük caniyət övlad qatili olmaqdır.Heç bir səbəb insana bətnindəki körpəsini məhv etməsi üçün bəraət qazandıra bilməz.Kasıblıq belə.Bəzi ailələr bunun günah olduğunu anlasalar da bu addımlarını ya maddi durumları,ya da körpənin cinsiyyəti ilə əlaqələndirirlər.Hələ də cahiliyyət dövründə olduğu kimi qız övladı istəməyən valideynlər (xüsusən ?ata?lar) də az deyil.
Halbuki dinimiz qız övladlarına oğlanlardan daha çox sevgi,məhəbbət göstərməyi,oğlanları qızlardan üstün hesab etməməyi tövsiyyə edir.
Odur ki,heç bir ata qızı olduğu üçün utanmamalı,bunu özünə rüsvayçılıq bilməməlidir.Tam əksinə,sevinməli və şükr etməlidir.Çünki qızını gözəl şəkildə (dini adətlərə uyğun,əxlaqlı) tərbiyə edən ata İnşallah ki,Cənnəti qazanar.Oğlan uşaqlarına nisbətən qızlar həssas və kövrək olduqları üçün onların daha çox nəvazişə ehtiyacı var.Düzdü,dinimiz övladlar arasında fərq,imtiyaz qoyulmağın əleyhinədir,əsas odur ki,sağlam olsun.


Ata-ananin 246;vladina ad se231;m601;si



Ata-ananın digər məsuliyyətli vəzifələrindən biri də körpəsinə münasib,gözəl ad seçməsidir.Ana-ata (qohumlar) körpəyə ad seçərkən son dərəcədə diqqətli olmalıdır ki,o,bu ada görə gələcəkdə utanmamalı,yaşıdları tərəfindən mərəzəyə qoyulmamalıdir.Əgər hər-hansı bir valideyn uşağa ad seçərkən bu adın mənasının dərinliyinə fikir verməzlərsə,gələcəkdə yaranacaq hər-hansı bir xoşagəlməzlik üçün valideyn cavabdehdir.Yaxşısı olar ki,İslam şəriətinin buyurduğu kimi uşaq dünyaya gəlməmişdən artıq ona ad seçilsin.Dinimizə görə övladlarınıza peyğəmbərimizin,onun əzizilərinin, (Fatimə,Zəhra,Xədicə,Zeynəb və s),imamlarımızın adları ilə yanaşı Əbdürrəhman,Əbdürrəhim,Abdullah kimi mübarək adlar qoymağınız məsləhətdir.
Valideyn heç vaxt övladları arasında seçim etməməlidir.Əks halda onların bu hərəkəti uşaqları arasında kin,həsəd,paxıllıq kimi hisslərin oyanmasına şərait yaradar.Əgər kiçik yaşlarında uşaqlarınıza fərq qoysanız,onlar arasında yaranacaq rəqabət mütləq yetkinlik yaş dövründə özünü biruzə verəcək və böyük ehtimala əsasən bu seçim düşmənçiliklə nəticələnəcəkdir.Hər bir övlad valideyninin nəvazişindən faydalanmaq hüququna sahibdir.Bu qanunu pozmaq valideynin ən böyük səhvi olar.


Bəs siz nə vaxtsa adınızdan utandığınız hal olub?

Просмотров: 1196 | Добавил: Admin | Reytinq: 5.0/2 |
Всего комментариев: 2
2 Admin  
0
salamlar neceisz millet

1 Admin  
0
sdasdfsfgdjhn

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
KALENDAR
«  Dekabr 2009  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

DAXİLİ AXTARİŞ

SISITATISTIKA

HAL HAZIRDA SAYTDA OLANLAR 1
Qonaqlarimiz 1
İstifadeçilerimiz 0

Xeber tarixi

Sayta verilimis xeberlere gore sayt admini mesuliyyet dasimir & 2005---2009 Yaz-Yagmuru.moy.su yep-yeni (NeW) saytitiniz