salamlar sizleri xos gorduk WwW.Yaz-Yagmuru.moy.su saytindawww.yaz-yagmuru.moy.su
 
WwW.Yaz-YaGmuru.moy.su  lanet olsun benim içimdeki Yaz-yağmuru.moy.su sevgisine
                                                                                                                   Salam Qonaq |niki Siz bu qrupa aidsiniz "Гости"SalamQonaq
Ana sehife » 2009 » Fevral » 6 » Koreyada sevgi ehvalatı
Koreyada sevgi ehvalatı
20:34
Koreyada sevgi 601;hvalat305;


Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər.Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar.Amma ondan qabaq hələ oğlanın əsgərliyə getmək məsələsi ortaya çıxır.(Məlumat üçün onu deyim ki o vaxt Koreyada əsgərlik 5 il çəkərmiş.İndi isə 2 ildir). Oğlan fikirləşir,fikirləşir,axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:'Sevgilim,5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə.Bilmirəm,bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən,bəlkə də mən,bəlkə də hər ikimiz.Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək,bilməz olmaz.' Bu an qız oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan cavabında 'Gülüm,heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz.Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən.Bu,sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm,ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək,onu nə yazıq ki heç birimiz deyə bilmərik.İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik.Sən də evdəcə otur məni gözlə,hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin.Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik (Koreyada cavanlar yalnız bir birilərini sevdikləri halda evlənirlər).Onda mənə deməzsən ki bunu o vaxtdan deyərdin də mənə?!! Ona görə də sənin ömrünün 5 ilini deyil yalnız 1cə ilini daha istəyirəm.1cə il məndən cavab gözlə,mən əgər görsəm ki 1 ilə sənə olan sevgim dəyişmir.Onda 5 il ərzində özümdən arxayın olaram ki səni həmişəlik sevəcəm.Hə,deməli belə,mən düz 1 il sonra sənə böyük bir buketdə gül göndərəcəm.Bütün gülləri sayarsan,əgər güllərin sayı 100 olsa 'məni 4 il də gözlə,sən mənimsən yenə də' anlamını verəcək 100 gül.Ama əgər 1cə dənə olsun gül əkshik olursa,məsələn,99 olsa o deməkdir ki artıq mənim sənə olan sevgim bitibdir,gözləmə artıq,öz həyatını qur...' Oğlan bu sözləri deyir və qızın alnından öpüb yola düşür... Beləcə oğlan gedir əsgərliyə,yavaş-yavaş əsgərliyini çəkir və 1 il gəlib keçir.Oğlan söz verdiyi kimi qıza bir buket gül və içində də bir kağız göndərir.Buket qıza çatdırılır.Qızın az qalır ürəyi partlaya o an.Fikri təbii ki o güllərin sayında olur,tez elə bayırdaca yolun ortasında başlıyır gülləri saymağa.İlk dəfə sayır ürəyinə həmən iynələr batır,çünki ilk saydığında 99 dənə sayır.Özünü topluyub rahatlaşıb bir daha sayır ki bəlkə həyəcandan səhv saya.Oturub yerə rahat-rahat yenə başlayır saymağa.Ama nə yazıq ki sayı yenə 99 dənə eləyir.Beləcə qız dəfələrlə sayır,başqalarına da saydırır,ama sayı yenə 99 olur.Nəhayət,vəziyyəti anlayır və özünü yerə çırparaq ağlamağa başlıyır.Sora təxmini 1 ay sonra özünə gəlir... Olanlardan xəbər tutmuş bunu sevən başqa oğlan buna elçi gəlir.Elə onunlaca evlənməyə razılıq verir.Və beləcə də oğlanı ürəyində o biri oğlanla reallıqda isə bu oğlanla yaşamağa başlayır.Bu axınla 4 il də keçir,və 5 il necə deyərlər gəlib keçmiş olur.Oğlan ilk olaraq qızın axtarışlarına başlayır.Qızı tapır,və qız ondan niyə gəldiyini soruşur.Oğlanınsa hələ xəbəri yoxdu ki bu artıq evlidi.Oğlan deyir necə yəni sevgilim,bu nə deməkdi ki niyə gəlmisən.Bunu demişdi ki o tərəfdən 3 yaşında bir oğlan bu qıza səslənib 'ana,acmışam' deyir...Bu an oğlanın sanki ürəyinə iynələr sancılır,vəziyəti dərhal anlayır.Və sanır ki sadece olaraq qız bunu 5 il gözləmək istəməyib,sevməyib bunu,başqasını sevib evlənib.Oğlan üzünü çevirib oranı tərk etmək qərarına gəlir.Ama sonra ürəyi dözmür və 1cə dənə sual verir ki 'Nə zaman unutdun məni?' Qız ağlayaraq deyir ki 'Sən heç nə dediyini bilirsən?Sən deyildin mənə 99 gül göndərən,insafsız,indi də gəlib özünü bilməməzliyə qoyursan?!!' Oğlan bir anlıq susur,fikirləşir.Sonra hər şeyin niyə belə olduğunu başa düşür.Qıza deyir: 'Sən niyə o kağızı açıb oxumadın axı!' deyir və özünü saxlaya bilmir ürəyinin ağlamasını gözlərində də göstərir.Qız isə tez içəri qaçır,bu müddət ərzində qoruyub saxladığı o gül buketini açır və içindən həmən oğlan deyən kağızı tapır.Kağızda yazılanı oxuyur : 'Bir an belə fikrimdən çıxmayan sevgilim,söz verdiyim kimi gülləri göndərdim.Say bunları,bircə şeyi unutma ki 100cü gül dünyadakı güllərin ən gözəli,ən təravətlisi olan elə Sən özünsən...' Bu an sanki bütün dünya qızın başına yıxılır,heç nəyin geri qayıda bilməyəcəyini anlayıb bu əzabdan qurtarmağın yolunu bircə özünə qıymaqda görür.Əlinə bıçaq alıb özünə batırmaq istəyəndə birdən çöldən qışqırıq səsləri gəlir:'Burda biri özünü öldürüb ay millət'.Qız bunun kim ola biləcəyini dərhal anlayıb tez bayıra qaçır...Ama nə yazıq ki artıq gecdi,oğlan artıq sevən ürəyinə mismar sancmışdı.Bu an qız da tez o mismarı çıxardıb özünə sancmaq istəyəndə oğlu gəlib anasını qucaqlayaraq 'etmə ana' deyir.Anası sevgilisinin adını vermiş oğlunun bu hərəkətinə görə mismarı əli gəlmir ürəyinə batırsın.Götürüb gözlərinə batıraraq: 'Sizsiz hər şeyin günahkarı!' deyir

Beləcə də bir birini dünyalar qədər sevən bu 2 cavan bir birinə qovuşa bilmir.Biri torpağın altında qaranlıqda yatır,biri isə üstündə qaranlıq dünyasında yaşayır!

PS: Sevgisiz olan gənclər hekayənin acılı olduğuna mənfi baxmasınlar!
Просмотров: 13580 | Добавил: Admin | Reytinq: 5.0/2 |
Всего комментариев: 1
1 Nicat  
0
Oğlan: Canım biz danışmalıyıq.

Qız: Rico ne olub ki?

Oğlan: Bir dəyişiklik olacaq...

Qız: Nə? Nə isə olub ki? Pis xəbərdi?

Oğlan: Səni incitmək istəmirəm canım...

Qız fikirləşir: Ay Allah, nə olar ele et ki məndən ayrılmasın...Mən onu çox sevirəm axı.

Oğlan: Canım ordasan?

Qız: Hə...hə burdayam. Demək istədiyin nədi?

Oğlan: Bilmirəm deyim yoxsa yox.

Qız: Söhbəti sən açmısan, sən də sona kimi danış! Xahiş edirəm nə olub axı?

Oğlan: Mən gedirəm...

Qız: Sən nə danışırsan? Mən sənin getməyini istəmirəm, səni sevirəm!!!

Oğlan: Yox o mənada yox...başqa uzaq yerə getdirəm.

Qız Axı niyə? Valideynlərin də qohumların da burda qalır.:

Oğlan: Bilirəm. Ancaq atam məni uzaqda internata göndərir.

Qız: Buna inana bilmirəm mən.

Oğlan: Canım mənimlə qaçarsan?

Qız: Canım bilirsən ki sənin üçün hər şey edərəm, ancaq mən qaça bilmərəm. Atam məni öldürər!

Oğlan Kədərli: Eybi Yoxdu canım...mən başa düşürəm. Qulaq as mən sənə bir şey verməliyəm, çünki artıq sabah tezdən aeroportda olmalıyam.

Qız: Hə yaxşı. Evdən gizlin çıxıb, səninlə parkda görüşərik.

Oğlan: Oldu. 20 dəq. ordayam.

Bunlar parkda görüşürlər, qucaqlaşırlar və oğlan qıza bir məktub verir

Oğlan: Ala bu sənin üçündü. Mən getməliyəm.

Qız: Artıq göz yaşlarını gizlədə bilmir və ağlayır.

Oğlan: Canım xahiş edirəm ağlama, sən bilirsən axı səni çox sevirəm ancaq mən artıq getməliyəm.

Qız: Yaxşı.

İkisi də evə qayıdırlar və qız oğlanın verdiyi məktubu oxumağa başlayır.

Məktubda:
Bu məktubla sənə sübut etmək istəyirəm ki mən səni HEÇ VAXT SEVMƏMİŞƏM əksinə sənə o qədər nifrət edirəm ki. Heç vaxt mənə əziz olmamısan, heç vaxt səninlə birlikdə olmaq istəməmişəm və heç vaxt səninlə danışmaq da istəməmişəm. Səni bir daha görmək istəmirəm sənin sevgin üçündə heç darıxan deyiləm. Sənə nifrət edirəm. Sağ ol!!!

Məktubu oxuyandan sonra qız ağlamağa başlayır və məktubu yerə atıb evə qayıdır. Bir gün keçir və qız yenə də özünü tək və gücsüz hiss edir. Bir az keçmiş telefon zəng çalır və qız cavab verir.

Qız: Alo?

Qızın yaxın dostu: Özünü necə hiss edirsən?

Qız: Hələdə inana bilmirəm ki o məni heç vaxt sevməyib.

Dostu: Hə yaxşı yadıma düşdü Rico mənə zəng etmişdi və deyirdi ki sənin cibinə başqa bir məktub qoyubdu. Onu oxusun dedi.

Qız cibinə baxır və doğurdanda bir məktub olduğunu görür.

Məktubda:
Həyatım, yəqin ki bayaq ki məktubda yazdığım sözləri ciddi qəbul etmədin. Fikirləşdim ki birdən məktub atanın əlinə keçər ona görə özüm qəsdən elə yazdım. Sən unutma ki MƏN SƏNİ HƏMİŞƏ SEVƏCƏM!!!

Qız: Ay Allah, Rico məni doğurdanda sevir. Yəqin bu məktubu onunla görüşəndə cibimə qoyub.

Dostu: Hə əlbəttə ki, gözəl. Mən indi getməliyəm. Özünə yaxşı bax. Hələlik

Qız: oldu. Səndə. Hələlik

Qız dəstəyi üstünə qoyub televizoru yandırır və xəbərlərdə dəhşətli bir hadisə baş verdiyini görür.

Xəbərlər: Bir saat bundan əvvəl bir təyyarə qəzası baş verib. 47 nəfərdən çox adam həlak olub və hələdə sağ qalanları axtarırlar. Bu faciəni biz heç vaxt unutmayacağıq. Qəzaya düşən bu təyyarədə internata yola düşən tələbələr var idi. Allah rəhmət eləsin o cavanlara.

Qız televizoru söndürür və bu dəhşətli xəbərdən sonra fikirləşir ki sevgilisiz həyatın mənası olmayacaq və 3 gün sonra özünü öldürür.

Bir gün sonra qıza zəng gəlir, lakin heç kim dəstəyi götürmür. Zəng edən qızın sevgilisi, Rico idi.

Rico mesajda yazır: Salam canım, yəqin evdə deyilsən. Sadəcə sənə demək istəyirəm ki mən sağam və uçuşumu təxirə saldırdım ki səni bir dəfə də görüm. Sənə yaxşı xəbərim var mən artıq bir daha heç bir yerə sənsiz gedən deyiləm. Sağ ol həyatım. Evə gələndə mənə zəng edərsən. Səni çox ama lap çox sevən Rico!!!


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
KALENDAR
«  Fevral 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728

DAXİLİ AXTARİŞ

SISITATISTIKA

HAL HAZIRDA SAYTDA OLANLAR 1
Qonaqlarimiz 1
İstifadeçilerimiz 0

Xeber tarixi

Sayta verilimis xeberlere gore sayt admini mesuliyyet dasimir & 2005---2009 Yaz-Yagmuru.moy.su yep-yeni (NeW) saytitiniz