17 Yanvar saat 18 radələrində Xaçmazın Armudpadar kəndində 5-ci sinif şagirdi, 11 yaşlı Mirzəyeva Zümrüd Nadir qızı intihar edib.Yeniyetmə qız özünü yaşadıqları evin həyətindəki yardımçı binada asıb.
Hadisədən ilk xəbər tutan Zümrüdün kiçik qardaşı olub. Dərhal Xaçmaz Rayon Polis Şöbəsi və prokurorluğa məlumat verilib.
Prokurorluğun böyük müstəntiq Soltanməhəmməd İsmayılov bildirib ki, hadisə yeri müayinə olunub və qızın meyiti üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Masallı rayonunda da intihar hadisəsi olub. Masallı rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Masallı rayonunun Qızılağac kəndində baş verib. Prokurorluqdan bildirilib ki, kənd sakini, 1981-ci il təvəllüdlü Samirə Abdulla qızı Sevdimalıyevanın meyiti yaşadığı evin həyətindəki təndirxanada kəndirdən asılmış vəziyyətdə tapılıb. İlkin baxış zamanı üzərində zorakılıq əlamətlərinin aşkar olunmadığı S. Sevdimalıyevanın intihar etdiyi bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.