Nəhayət ki,oktyabrdan başlanan seçim turlari bu günleri bəlli olundu.
Bu il Azərbaycani 19 yaşli ifaçimiz Aysel Teymurzadə təmsil edəcək.
Xatirladaq ki,Aysel 40 ifaci arasindan 7 münsif heyətinin rəyi nəticəsində seçilib.Aysel Teymurzade ABŞ-da keçirilən müsabiqənin qalibi olmuşdu.
Həmçinin də "Yeni Ulduz - 4" yarşimasinda da iştirak etmişdi.Ancaq hele ki,hansi mahni ilə qatilacagi məlum olmamişdi.
Yarımfinallar mayın 12-si və 14-də, final gecəsi isə 16-da Moskvanın “Olimpiyskiy” arenasında keçiriləcək
QayNar: «Eurovision 2009» mahnı müsabiqəsinə Azərbaycanı təmsil edəcək müğənninin adı bəlli olub. Onun adı Aysel Teymurzadədir. Münsiflər heyəti onu 40 iddiaçı arasından seçib. A.Teymurzadə «Yeni Ulduz-4» müsabiqəsinin iştirakçısıdır. O, ABŞ-da keçirilən müsabiqələrdən birində qızıl medal qazanıb. A.Teymurzadənin «Eurovision-2009»-da ifa edəcəyi mahnı hələ müəyyənləşməyib. Bu məqsədlə bəstəkarlar arasında müsabiqə elan olunub.. Ötən il «Eurovision 2008» Mahnı Müsabiqəsində isə Azərbayvcanı Elnur Hüseynov və Samir Cavadzadə cütlüyü təmsil etmişdi. O zaman Azərbaycan təmsilçiləri bu yarışmada ilk dəfə iştirak etmələrinə baxmayaraq, 8-ci yeri tutmuşdular. Qeyd edək ki, “Eurovision-2009” mahnı müsabiqəsinin 54-cü final gecəsi Moskvada olacaq. Qeyd edək ki, yarımfinallar mayın 12-si və 14-də, final gecəsi isə 16-da “Olimpiyskiy” arenasında keçiriləcək. Yarımfinaldan on finalçı seçiləcək və Avropa Yayım Birliyinin üzvü olan dörd ölkə - Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, eləcə də müsabiqənin sonuncu qalibi Rusiya finala birbaşa iştirak hüququndan istifadə edəcək. Moskva müsabiqəsində Albaniya, Andorra, Azərbaycan, Almaniya, Böyük Britaniya, Belarus, Belçika, Bosniya və Herseqovina , Bolqarıstan, Çexiya, Çernoqoriya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, Gürcüstan, Hollandiya, Xorvatiya, Kipr, Makedoniya, Macarıstan, Yunanıstan, İslandiya, İspaniya, İsveç, İsveçrə İrlandiya, İsrail, Litva, Malta, Moldova, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Ukraynadır.
|