İstanbulda yaşayan azərbaycanlı qadın oğlunu boğaraq, öldürüb.Türkiyə mətbuatına istinadən məlumatına görə, şəhərin Zeytunburnu rayonunda sahildən huşsuz vəziyyətdə qadın tapılıb. Xəstəxanaya çatdırılan qadının biləklərini kəsərək, intihara cəhd etdiyi məlum olub. Araşdırma nəticəsində qadın kimliyi müəyyənləşdirilib, onun azərbaycanlı Bahar İbrahimova olduğu üzə çıxıb. Bahar İbrahimova polisə ifadəsində intiharının səbəbini açıqlayıb. O, ruhi xəstə olan 9 yaşlı oğlu Qədiri evində öldürdüyünü, vicdan əzabı çəkdiyi üçün intihar etdiyini deyib. Bahar İbrahimova oğluna baxmağa imkanı olmadığını, hər şeydən bezdiyini, nəticədə Qədirin yeməyinə zəhər qatdığını, sonra isə boğaraq öldürdüyünü bildirib. Qadının evinə gedən polis əməkdaşları azyaşlının cəsədi ilə qarşılaşıblar
PS:Fikirlərinizi bilmək maraqlı olardı.Niyə bu hadisələr məhz Azərbaycan əhalisində və həmdə ailələrdə baş verir?