Hollivudun məşhur cütlüyü Bred Pitt və Ancelina Coli “Bencamin Battonun sirli hekayəsi” filminin Yaponiyadakı qalasına altı övladı ilə birlikdə qatılıb.
Mix.az-ın məlumatına görə, 13 nominasiyada “Oskar”a namizəd göstərilən filmin Yaponiyadakı qalası ötən həftə keçirilib. Pitt-Coli cütlüyünün əkizləri Vivyen və Knoks ilə kameraların qarşısına çıxması böyük marağa səbəb olub.
Qeyd edək ki, cütlük əkizlərin fotosunu jurnallardan birinə satdıqdan sonra körpələri gözlərdən uzaq tutmağa üstünlük verib. Fikirlərinizi bildirməyi unutmayın......