Qapı döyüldü. Gedib açdım. Poçtolyon idi. Məktub gətirmişdi. Təccübləndim. İnternetin cəmi 10 saniyə içində burdan dünyanın o biri ucuna məktub göndərə bildiyi zamanda, mobil telefonun bir-iki saniyə içində mesaj göndərə biləcəyi və ya zənglə əlaqə yarada biləcəyi zamanda bu kim idi poçtla məktub göndərən? Poçtolyon məktubu əlindəki qovluğun arasında axtararkən bu düşüncələr içində itib qalmışdım. Nəhayət məktub tapıldı. Poçtolyonun əlindəki vərəqi imzalayıb məktubu aldım. Üstündə mənə göndərildiyi həmdə xüsusi olaraq mənim oxumam lazım olduğu yazılmışdı. Allah Allah…Bu kim idi? Imza yerinə baxana qədər o iki-üç saniyə ərzində elə bil ömrümdən illər keçdi. İmzaya baxanda gözlərimə inanmadım…Uzaqlarda olan çox sevdiyim, çox güvəndiyim bir dostumdan idi=)Ağlıma niyə gəlməmişdi görəsən bu o ola bilər? Məktubu açıb oxudum. Məktub inanılmaz dərəcədə sürprizlə dolu idi:
Bir məktuba sığışdırdığım asiman dolusu həyat göndərirəm sənə. Böyük bir fırça və min rəng qoydum qutuya bir cənnət çəkib içərisinə daxil ol deyə..Xəyallar qoydum daha sonra məktuba..Ən gözəl xəyallar..Hansı ki, sən onları çox sevirsən. Bir dənə alma qoydum =)sən onu çox sevdiyin üçün və yeyərkən eynilə balaca körpələrə bənzədiyin üçün.Məktuba günəşin batışını, büllur suyun səsini, təzə çörəyin qoxusunu və bir də gülümsəmənin istiliyini yerləşdirdim daha sonra. Ruhlarımız ac qalmasın deyə. Qutuya bir az da mehribanlıq qoydum, daha da güclü ol deyə, çünki, mərhəmətsiz olan gücsüzdür.Ağ bir göyərçin də uçub gəldi məktubun yanına və dedi “məni də göndər ona” Onu da göndərirəm məktubla sənə, barışı və azadlığı insanlara təqdim etmək üçün. Bir buket dostluq, bir qurtum sevgi və yarım bölünmüş alma qoymadan məktubu göndərməyə inan ki, əlim gəlmədi. Göndərdim, paylaşmağı xatırlayaq deyə.Səmimiliyi, ümidi, sevinci, bağışlayıcılığı, özünə inamı və açıq ürəkliliyi də unutmadım. Əyər bir gün tükənsə yadına sal ki, mən ehtiyat üçün sənə göndərmişəm və ehtiyatdan istifadə et.Ürəyincə olmayacaq amma bunu göndərməm mütləq lazım idi, bu sənə mütləq və mütləq vacibdir: Soyuqqanlılıq göndərirəm sənə. Hər şeyə tez reaksiya vermə. Hər qıcıqlandırıcı hadisənin sənə qurulmuş bir oyun olduğunu düşün və son dərəcə soyuqqanlı olub qarşı tərəfin uduzmasını böyük ürəklə təmin et=) Son olaraq da məktuba bir kart qoyuram. Bu kartı diqqətlə oxu və gör nələr yazılır: “Səni kəşf etdim tanıdığım müddətdə: 1.Dünən canın olan sabah düşmənin olmaz sənin. 2.Sildiklərin vardır-onlar səhvlərin və peşmanlıqlarındır. 3.Adları xatırlanmaz, xatirələri soruşulmaz- yalnız qarğışlarındır. 4.Vicdanla birlikdə sən şərəf axtarırsan insanlarda. 5.Bəzi insanların məntiqindəki “çox dürüstlər” səni deyil, özlərini aldadırlar yalnız. 6.Bilməməzlikdən gəlişlərin, “ axmaq” davranışların itirmə qorxundan deyil, qarşındakıların yalan danışmasını hiss etdinsə onun yalan danışma potensiallarına olan marağından olub həmişə! 7.İnkar olmaz sənin həyatında! 8.Yaşananı heç vaxt “yaşanmamış” saymazsan. Yaşanmamış sayanları da saymazsan=)
Bu məktubu hər oxuduğunda həyatla əlaqədar yeni şeylər kəşf edəcəksən. Yaşamaq üçün sabahı gözləmə, al həyatı qollarının arasına və sıx sarıl həyatdan. Çünki artıq sən həyatda çətin yollarda belə asanlıqla addımlaya bilən insansan. Unutma!Həyat toxuması hələ tamamlanmamış, fövqəladə gözəllikdə bir divar xalçasıdır və həyatda sənə aid olan boşluğu tək sən doldura bilərsən!”
Ona cavab yazdim “Ya ən güclü sən olmalısan, ya da ən güclü sən olmalısan! Mənim üçün saydığın bütün xüsusiyyətlərimi həyatda çökdüyüm vaxt başımı qaldırıb bu cümləni dediyin ana, saata, zamana, günə və sənə borcluyam!”