Türkiyədə yaşayan Məhəmməd Polat adlı uşaq cəmi 4 yaşı olmasına baxmayaraq,40 kilodur..Bu uşaq doğulanda 6 kilo olub,bir ildən sonra isə çəkisi 20 kiloya çatıb.Uşağın sürətlə kökəlməsindən təlaşa düşən valideyinləri isə,bunun qarşısını almaq üçün müalicəyə ehtiyac duyub.
Amma dünyada baş verən qlobal böhrandan sonra müflisləşən Polatlar ailəsi uşaqlarını müalicə elətdirmək üçün pul tapmır,nəticədə Məhəmməd hədsiz kökəlib.Ailəsi isə uşağa kömək üçün xeyriyyəçilərdən yardım istəyir.Atası Mahmut Polat ''Oğlum indidən düşdüyü yerdən dura bilmir,böyüyəndə çəkisi artdıqca nə edəcəyimizi bilmirik'' - deyə Məhəmmədin durumundan narahatlığını bildirib.