Bu gün biz PHP də wveb proqram yazmağa ilk addım atmağa çalışacayıq. PHP nədir, onu "nə ilə yeyirlər?" kimi suallara cavab verməyə çalışacam. PHP əsasən veb proqramlaşdırma dili olub,ilk öncə Rasmus Lerdof tərəfindən icad edilmişdi. Əslində PHP C++ və Perl kimi dillərin asanlaşdırılmış və wveb üçün uyğunlaşdırılmış bir variantı kimi meydana gəlmişdir. Ancaq ,sonradan bu dil çox inkişaf etmiş və hal hazırda bir çox veb serverlər tərəfindən dəstəklənməkdədir. PHP sözü ilk dəfə Lerdof tərəfindən Personal Home Page ( Şəxsi ev səhifəsi) sözlərinin baş hərfləri ilə adlandırılmışdır. Sonradan O Hypertext Preprocessing adını almışdır. PHP nin üstünlükləri: 1) PHP kod HTML kodun içərisində belə işlənə bildiyindən, PHP də yazılan veb səhifələr tez yüklənir 2) PHP Açıq Kod Sistemınə malik bir proqramlaşdırma dilidir 3) PHP çox asan dil olduğundan , yeni başlayanlar üçün də sərfəli bir dildir 4) PHP Windows,Linux,Macintosh və s. kimi əməliyyat sistemlərində işlənir 5) Əgər sizin php scriptiniz düzgün yazılıbsa ,onda proqramın kodu istifadəçilər tərəfindən görsənməyəcək ( Gələcəkdə özünüz bunun şahidi olacaqsınız) 6) PHP demək olar ki, yalnız web proqramistin fantaziyası ilə məhdudlaşır. Webə aid nə istəsəniz, php nin köməyi ilə edə bilərsiniz və s... İlk öncə saytlar statik quruluşa malik idi. Yəni , məsələn indiki forum kimi forum scripti o zaman yox idi, istifadəçi qeydiyyatı, mövzu açıb, mövzuya cavab vermək və s... kimi funksiyalar o zaman yox idi. PHP yaranandan sonra isə artıq saytlar canlanmağa başladı. Artıq saytlar hər bir istifadəçinin istəyinə uyğun görünüş ala bilər,istifadəçi məlumatlarını saytda saxlaya bilər,digərləri ilə fikir mübadiləsi edə bilər və s... Saymaqla bitməz. PHP- Server Side Script sayılır. Server Side dedikdə,məlumatların istifadəçinin veb səyyahında yox ( veb səyyah - web browser ) , serverdə analiz - sintez olunması nəzərdə tutulur. Gəlin aydınlıq gətirək. Yəqin ki, elə saytara rast gəlmisiniz ki,qeydiyyat zamanı yaddan çıxardıb bəzi lazımı bölmələri doldurmamısınız. Bu zaman qeydiyyat düyməsini klik edən kimi veb səyyahda balaca pəncərə açılır və təqribən belə bir yazı çıxır: "Bütün lazımi bölmələri doldurun!". Diqqət yetirin. Bu zaman açdığınız veb səhifə yenilənmir. Bax bu JAVA SCRİPT dilinin köməkliyi ilə baş verir. Client Side Language demək olar. Yəni ki, analız elə istifadəçinin öz veb səyyahında baş verir. Bu zaman hətta,internetdən ayrılsaq da, həmin səhifədəki Java Script işləyəcək. Yəni,həmin bölmələri boş qoyun və Qeydiyyat düyməsini basın,interenetə qoşulu olmadığınıza baxmayaraq, siz həmin səhv haqqında məlumat alacaqsınız.Amma sız bütün bu proseslərin analızını həmin Java scriptin kodlarına baxmaqla da bilə bilərsiniz. Amma PHP nin analızı aparması üçün veb server lazımdır. Və bu haldakı,veb serverdə analiz gedir və istifadəçi yalnız nəticəni görür və hər istifadəçi uyğun olaraq məlumatlar alır.Bununla yanaşı istifadəçilər,php nin kod hissəsini görmürlər , bu isə təhlükəsizliyin başlanğıc addımlarından biridir. Bundan əlavə PHP nəinki HTML ilə qarışa bilir ,o hətta Məlumatlar bazası ilə də gözəl və sürətli işləməyi bacarır. İndiki veb scriptlərin çox hissəsi də, məlumatlar bazası ilə işləyir. (Əsasən MySQL)
|